SOCAR Ukrayna YDM-lərində dizelin qiymətini aşağı salıb

SOCAR Ukrayna YDM-lərində dizelin qiymətini aşağı salıb backend

Aprelin 3-dən Ukraynanın bir sıra yanacaqdoldurma məntəqələrində (YDM) dizel yanacağının qiyməti aşağı düşüb.

“APA-Economics”in “Oilnews” xəbər portalına istinadən verdiyi xəbərə görə, böyük operatorlar arasında dizelin qiymətinin 1 litrə görə 0,5 qrivna azalması bir çox şirkətlərdə, o cümlədən, SOCAR-da müşahidə olunub.
Bu dəyişiklik dizel yanacağının orta pərakəndə satış qiymətinin də 1 litrə görə 20,93 qrivna azalmasına səbəb olub.
Maraqlıdır ki, benzinin qiyməti isə dəyişməyib.
Qeyd edək ki, dizelin pərakəndə qiyməti mart ayının əvvəlindən azalmağa başlayıb. Lakin martın 17-dən etibarən qrivnanın üzləşdiyi yeni devalvasiya dalğası qiymətlərin aşağı düşməsinin qarşısını alıb.
Diaspora