İndiki zamanda az qala hər gün bizi təəccübləndirəcək xəbərlər eşidirik. Ancaq bu dəfəkini, yəqin ki, çoxunuz ilk dəfə eşidib görəcəksiz.
Milli.Az avtosfer.az-a istinadən bildirir ki, "Arxstoyanie-2016" art-festivalında 2002-ci ilin "Gelandewagen 500"-ü taxta tabutda torpaq altında basdırıblar.Sonra avtomobili qəbirdən çıxarıblar. Soruşmayın ki, niyə? Bu nə məna verir?! Bu, müasir incəsənətdir.