Moskvalı memar “Bakı mirvarisi” adlı layihə hazırlayıb

Moskvalı memar “Bakı mirvarisi” adlı layihə hazırlayıb backend

Azərbaycan memarlığı çox maraqlı və rəngarəngdir. Bakının tarixi abidələri ilə yanaşı, müasir üslubda tikilmiş binaları göz oxşayır.

Bu sözləri Bakıda Azərbaycan Memarlar İttifaqının və Moskva Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Eko–Sahil” Beynəlxalq Memarlıq Festivalının iştirakçılarından biri – Moskva şəhərinin “Portal” arxitektura bürosunun rəhbəri Aleksey Polişuk AZƏRTAC-a müsahibəsində deyib.

Bakıya ilk dəfə gəldiyini söyləyən moskvalı memar bildirib ki, müsabiqəyə təqdim etdiyi layihə “Bakı mirvarisi” adlanır. “Layihə üzərində işləyərkən müsabiqənin şərtlərinə riayət etməyə çalışdım. Əsas məqsəd isə Bakının tarixi yerlərini saxlamaqla, keçmiş neft sahələrini ictimai mərkəzlərə çevirməkdir.

A.Polişuk qeyd edib ki, rəhbərlik etdiyi memarlıq bürosunun mütəxəssisləri sözügedən layihəyə çox böyük məsuliyyətlə yanaşıblar. Bakının memarlıq üslubuna xələl gətirməmək, onu daha da gözəlləşdirmək, müasirləşdirmək qarşımızda duran başlıca vəzifələrdən olub.
Diaspora