Azərbaycanda Aİ-92 markalı benzinin idxalının dayandırılması ilə bağlı SOCAR-ın prezidenti Rövnəq Abdullayevin verdiyi açıqlamada bir sıra nüanslara diqqət yetirilib. Prezidentin verdiyi açıqlamada benzinin idxalının dayandırılması ilə bağlı əsas faktor kimi idxalla bağlı Neft şirkətinin maliyyə büdcəsinin təminata tab gətirməməsi olub. Belə ki, dövlətdən aksiz vergisinin ləğvi ilə bağlı icazə alınsa da, bununla belə şirkətin büdcəsinə milyonlara zərər dəyib. Çünki idxal olunan benzinin qiyməti onun daxili bazardakı dəyərindən iki dəfə çoxdur. Bu səbəblərdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNES)nun tikintisinə başlanıldı və artıq həmin müəssisə öz fəaliyyətini də bərpa edib. Aİ-92 marakal benzinin yerli sitehsalata həvalə edilməsi prosesi başlayıb. Həmçinin onu da qeyd edək ki, NEZ-də təmir müddəti ərzində ölkəyə təqribən 30 min ton benzin idxal edilmişdi.
Ekspertlər bu addımı doğru və yerində atıldığını və yerli istehsalın istənilən sahədə büdcəyə daha çox xeyir verdiyini düşünür. İdxala qoyulan xərclər yerli istehsalatda daha çox səmərə verəcək.İqtisadçı ekspert Vüqar Bayramov benzinin qiymət təzahürünün yaxın gələcəkdə necə dəyişəcəyi ilə bağlı fikrilərini bölüşüb. Ekspeert bildirib ki, bu güzəştlərdən sonra ölkəyə idxal edilən Aİ 92 və ya oxşar markalı benzinin xərcində kəskin azalma olarsa, o zaman şura tərəfindən qiymətlərə baxılıb benzinin qiymətinin aşağı salınması müzakirə edilə bilər: “Qərara görə, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə vergi və gömrük rüsumu güzəştləri tətbiq edilib. Yalnız daha az oktanlı benzinlərin idxal xərci azalacaq. Ölkəyə daha aşağı xərclə Aİ 92 markalı və ya oxşar benzin gətiriləcək. İkincisi, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq, bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq. Amma bu halda güzəşt müddətinin uzadılması da əsas şərtdir. Aydındır ki, 2 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyil”.
V.Bayramov hesab edir ki, idxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var: “Güzəştlərin çox qısa müddəti, yalnız 2 ayı əhatə etməsi də diqqəti cəlb edəndir. Güman olunur ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 2 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək. 2 ay müddətinin seçilməsi də onunla bağlıdır ki, həmin müddətdə istehsalın əvvəlki səviyyəyə qayıtması proqnozlaşdırılır. Bundan sonra bu idxal ilə bağlı güzəştlər ləğv ediləcək”.
Mütəxəssisləri də düşündürən məqam odur ki, bu müddət Heydər Əliyev adına ANEZ-in tikintisinə ayrılan müddətlə uyğunlaşdırılsa da, artıq sözügedən zavodun fəaliyyəti bərpa edilib və artq yerli benzin istehsalı həyata keçirilir. Vahid Əhmədov vurğulayıb ki, aksiz vergisi minimuma endirildiyi təqdirdə benzinin qiyməti dəyişilməlidir: "Əgər o benzin Azərbaycanda istehsal edilirsə, aksiz vergisindən azad olunursa, qiymətdə dəyişiklik olunmalıdır. Yox əgər benzin Azərbaycanda istehsal olunmursa, qiymət dəyişikliyindən söz gedə bilməz. Məndə olan məlumata görə, Azərbaycana ən çox idxal olunan Aİ - 95 markalı benzindir. Bəlkə də Aİ-92 markalı benzin də idxal olunur. Aİ-92 idxal olunursa söhbət məhz bu markalı benzindən gedir. Buna görə də mütləq şəkildə bu markalı benzinin qiymətində dəyişiklik olunmalıdır. Qiymət məsələsinə gəlincə, bunu Nazirlər Kabineti deyil, Tarif Şurası müəyyənləşdirir. Aksiz vergisi azaldılıbsa, Tarif Şurası bu qərara baxmalıdır".
Məlumat üçün qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib.Dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb. Aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 2 ay müddətində qüvvədədir.
Rüfət Soltan