SOCAR və PETRONAS şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.
Qaziler.az SOCAR-ın saytına istinadən məlumat verir ki, SOCAR və Malaziyanın “PETRONAS (E&P) OVERSEAS VENTURES SDN. BHD” (“PETRONAS”) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.Memorandumun şərtlərinə əsasən, şirkətlər 6 ay ərzində layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“PSA”) əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmalıdırlar.