Azərbaycanın bank sektorunda əmanətlərin dollarlaşması prosesi sabitləşib. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə "Unibank" ASC-nin İdarə heyətinin sədri Faiq Hüseynov deyib.
Onun sözlərinə görə, "Unibank"da dollarlaşma 60-70 faizə çatıb, lakin bu proses artıq sabitləşib.F.Hüseynov qeyd edib ki, bəzi müştərilərin dollarla götürülmüş kreditlərin ödənişləri ilə bağlı problemləri yaranıb: "Əvvəllər min dollar təxminən 780-790 manata bərabər idi. İndi isə bu məbləğ təqribən 1050 manat təşkil edir. Bununla əlaqədar dollarla kredit götürmüş müştərilər müraciət edir və biz fərdi qaydada onların müraciətinə baxır, onlara kömək etməyə çalışırıq, yəni müqavilənin şərtlərini yumşaldırıq, kreditin ödəniş müddətini uzadırıq və s.".
Bank rəhbəri əmin olduğunu bildirib ki, manatın məzənnəsi gələcəkdə stabil qalacaq