Rusiyanın Maliyyə Nazirliyi hesab edir ki, neftin qiymətinin yaxın bir neçə il ərzində 30 dollara enərək bu səviyyədə qalması tamamilə ağlabatan ssenaridir. Virtualaz.org xəbər verir ki, Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin Fitch reytinq agentliyinin illik konfransında belə deyib.
Məmur bildirib ki 2017-2019-cu il dövlət büdcəsi layihəsində neftin qiyməti 40 dollardan götürülüb. Onun sözlərinə görə, indiki 50 dollarla müqayisədə daha aşağı qiymətin götürülməsi büdcəni stress ssenarisinə hazırlamaq üçün daha münasibdir.