Qəbələdə mövcudluğu ən azı 2500 il bundan əvvələ aid zəngin tapıntılar aşkarlanıb. QAZİLER.AZ-ın Region TV-ə istinadən xəbərinə görə, professor Qafar Cəbiyevin rəhbərliyi ilə ekspedisiya Qəbələnin Qala adlanan ərazisində tədqiqat işləri aparır.
Hazırda ərazidə şəhərin bütün dövrlərini özündə yaşadan olduqca qalın və zəngin mədəni təbəqə, yəni yaşayış qatı formalaşıb. Qədim şəhər qalıqlarının hazırkı relyefi, yəni topoqrafik mənzərəsi ilə orta əsrlərə, erkən orta əsrlər və antik dövrə aid yaşayış qatları arasında hansı dərəcədə uyğunluq, asılılıq və ya harmoniya olub-olmadığını aydınlaşdırmaqdır.Son tədqiqatların mühüm nəticələrindən biri də Qəbələnin Qala hissəsinin şimal tərəfində X əsrin sonu - XI əsrin əvvəllərində tikildiyi ehtimal olunan qala divarlarının qalıqlarının aşkara çıxarılmasıdır.
Axtarışlar isə davam edir. Yəqin ki, yaxın zamanlarda şəhərin yaşayış qatının alt laylarından daha nələr üzə çıxacağı elmə məlum olacaq.
Qeyd edək ki, 70 hektardan çox ərazini əhatə edən qədim Qəbələ şəhərinin qalıqları 1926-cı ildən başlayaraq arxeoloqlar tərəfindən öyrənilir.