Vergi amnsitiyasının günümüzdə əhəmiyyəti – EKSPERTLƏR DANIŞIR

Vergi amnsitiyasının  günümüzdə əhəmiyyəti – EKSPERTLƏR DANIŞIR backend

Ötən gün Azərbaycnada 2017-ci ildən etibarən vergi amnsitiyasına başlanılması barədə qərar verilib. 2017-ci ilin əvvəlindən Azərbaycanda konüllü vergi açıqlaması dövrü başlayır. Vergilər Nazirliyinin Vergi siyasəti və Starteji araşdırmalar baş idarəsinin vergi siyasəti idarəsindən bildirilib ki, bu məsələ "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında prezident İlham Əliyevin 4 avqust 2016-cı il tarixli sərəncamında nəzərdə tutulub.

Sərəncama əsasən vergi ödəyicilərinin vergi risklərini minimuma endirmək və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan "Könüllü vergi açıqlaması” ("Voluntary tax disclosure”) sisteminin tətbiqi və təşviqi mexanizminin hazırlanması nəzərdə tutulub. Bu halda könllü olaraq şəxsin vergidən yaınma ilə bağlı könüllü məlumat verməsi onun məsuliiyətini bir qədər azaldacaq.

Ekspert Nicat İmanovun sözlərinə görə, bu mexanizmlə bağlı layihə artıq hazırlanıb. Layihəyə əsasən, vergi ödəyicisi indiyədək yol verdiyi vergidən yayınma barədə vergi orqanına könüllü məlumat verdiyi halda ona qarşı əlavə tədbirlər – maliyyə sanksiyası və cərimə tətbiq edilməyəcək: "Əgər vergi ödəyicisində aparılan yoxlama zamanı onun vergidən yayınması aşkar edilməyibsə, amma belə yayınma olubsa ola bilər ki, bu hal gələcəkdə üzə çıxsın. Qanunvericiliyə əsasən, belə hal aşkarlansa, vergi ödəyicisinə yayınmanın 50%-i həcmində maliyyə sanksiyası tətbiq edilir”. Başqa sözlə, vergidən yayınma ortaya çıxarsa, ödəyici həm yayındırılan verginin tam məbləğini, həm də onan tətbiq edilən 50%-lik maliyyə sanksiyasını ödəməli olacaq.

Könüllü xəbər verdikdə isə ödəyici yalnız vergi məbləğini ödəməklə məsuliyyətdən yaxa qurtarır. N.İmanovun sözlərinə görə, vergidən yayınma ilə bağlı könüllü məlumatlandırma sistemində məbləğlə bağlı məhdudiyyət yoxdur: "İstənidən məbləğlə vergidən yayınma ilə bağlı könüllü məlumat vermək mümkündür”. Prezidentin adı çəkilən sərəncamdakı bütün digər məsələlərdə olduğu kimi, bu yenilik də 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Mövzu ilə bağlı Adalet.az-la fikirlərini bölüşərkən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bu addımın atılmasında əsas məqsəd ölü kapitalı ölkəyə cəlb etməkdir:"Bu cür təşəbbüslər böhran vaxtı gündəmə gəlir. Bu addımı Rusiya atıb. Rusiyanın durumu məlumdur, Avropa 4-5 il öncə ciddi böhran yaşadığı vaxt İtaliya analoji addımı atıb. Bu addımın atılmasında əsas məqsəd ölü kapitalı ölkəyə cəlb etməkdir. Xüsusi ilə də Azərbaycan vətəndaşlarına məxsus olan xaricdə yatırlmış kapitalları ölkəyə gətirməkdir. Bu baxımdan belə addımlar atılır.


Bunun effekt verməsi o deməkdir ki, sahibkar əmin olmalıdır ki, onun gizlətdiyi vəsaitlərin rəsmiləşdirilməsindən sonra bu onun əleyhinə istifadə edilməyəcək. Bunun üçün ölkədə normal şərait, mühit formalaşdırılmalıdır. Ölkədə mülkiyyət hüququ qorunmursa, tətbiq edilən vergi amnistiyası heç bir nəticə verməyəcək. Mütləq məhkəmə və mülkiyyət hüququ məsələsi tam həllini tapmalıdır. Vətəndaş qorxur ki, hökumət başqa bir üsul ilə o pulları əlindən alacaq. Belə bir məsələyə görə, vergi amnistiyası nə qədər cəlbedici olsa da ciddi bir effekt verəcəyini düşünmürəm. Bu qərarın verilməsi üçün ölkədə çox işlər görülməlidir”.


"Könüllü vergi açıqlaması” başqa kimlərin xeyrinədir?

İqtisadçı-ekspert Vüqar Bayramovhesab edir ki, vergi amnistiyasının tətbiq olunması müsbət haldır. Ekspertin fikricə, vergi amnistiyasının tətbiqi ölkədə sahibkarlığın inkişafında dönüş yarada bilər:

"Ölkədə bir çox sahibkarların illərdir vergi borcları var. Həmin borclara faizlər hesablanır. Amma sahibkarların bu borcu qaytarmağ imkanı yoxdur. Belə olan halda sahibkar öz fəaliyyətini genşləndirə bilmir, digər tərəfdən büdcə üçün nəzərdə tutuluan vəsaiti onlardan almaq mümkün olmur. Odur ki, vergi borclarının strukturuna baxıb, geri qaytarıla bilməyən kreditlər, borclarla bağlı amnistiyaya ehtiyac var”.

Ekspert qeyd edib ki, amnistiyanın verilməsi vergi borclarının strukturunun təzələnməsinə imkan verəcək: "Amnistiya verildikdən sonra sahibkarların işinə mane olan vergi borcları silinəcək və onlar öz fəaliyyətlərini genişləndirmək, bir sözlə rahat nəfəs almaq imkanı əldə edəcəklər. Sahibkarlığın inkişafı üçün bunu dəstək kimi qiymətləndirmək də olar. Bundan başqa kağız üzərində olan borclara hər ay faiz hesablanması heç nəyi dəyişmir. Yaxşı olar ki, kağız üzərində olan və "ölmüş” hesab olunan borclar ləğv olunsun, fəaliyyətini bərpa edən sahibkarlar bundan sonra dövlət büdcəsinə ödəniş etsinlər. Vergi amnistiyasının tətbiqi dövlət büdcəsinə daxilolmalara da müsbət təsir edəcək. Bundan başqa vergi amnistiyasının verilməsi sahibkara, dövlətə və vergi orqanlarının fəaliyyətinə də müsbət təsir edəcək”.

Millət vəkili Vahid Əhmədovisə hazırki durumda vergi amnistiyasının qəbulunu məqbul hesab etmədiyini eyir. "Dövlət tərəfindən sahibkarlar vergi güzəştləri edilir. Bununla bağlı müvafiq qanunlar qəbul edilib. Hansı sahədə vergi güzəşti lazımdır, bu istiqamətdə güzəştlər edilir. Məsələn, texnoparkların tikilməsində onları 7 il müddətinə vergidən azad etdik. Bundan başqa kənd təsərrüfatı torpaq vergisindən başqa bütün vergilərdən azaddır. Mütəmadi olaraq vergi islahatları aparılır. Lakin vergi amnistiyasının verilməsi birmənalı qəbul edilmir”,- deyə Vahid Əhmədov bildirib.
Qeyd edək ki, ölkədə vergi amnistiyasının tədbiq edilməsi mıvzusu hələ 2 il əvvəl gündəmdə olub. Bununla bağlı Vertgilər naziri Fazil Məmmədov mətbauta çıqlamsında bildirmişdi. Nazir açıqlamasıdna bildirmişdi ki, Postsovet ölkəsində gəlirlərin tam leqallaşdırılması üçün amnistiyanın keçirilməsi lazım gələcək. Başqa işlər də yerinə yetiriləcək. Nə vaxtsa qərar qəbul ediləcək. Buna hazırlıq gedir.


Rüfət Soltan


Diaspora