Azərbaycanda vergidən yayınma ilə bağlı ictimai məlumatlandırma sistemi gələn ilin əvvəlindən etibarən işə düşəcək.
Qaziler.az xəbər verir ki, bu barədə Fins.az-a Vergilər Nazirliyinin Vergi siyasəti və Starteji araşdırmalar baş idarəsinin vergi siyasəti idarəsinin rəisiNicat İmanovbildirib.Onun sözlərinə görə, bu məsələ “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında prezident İlham Əliyevin 4 avqust 2016-cı il tarixli sərəncamında nəzərdə tutulub.
Sərəncama əsasən, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan ictimai məlumatlandırma (“Whistleblow”) mexanizminin hazırlanması nəzərdə tutulub.
İdarə rəisi bildirib ki, vergidən yayınma ilə bağlı məlumat verilərkən, xəbəri verən şəxslərdən bu halı təsdiqləyən sübutlar istəniləcək: “Bunlar sənədlər, video-audioyazılar və s. ola bilər. Yalnız bu halda, onların məlumatı qəbul ediləcək və araşdırma başlanacaq”.
Özü də yalnız o hallar barədə məlumat qəbul ediləcək ki, vergi orqanlarının bundan xəbəri olmasın. Əgər vergi xidməti bu yayınmadan xəbərdardırsa, məlumatlandırma qəbul edilməyəcək.
Bununla yanaşı, nazirlik bildirir ki, bu qaydanın şantaj və digər mənfi hallar üçün sui-istifadə olunmasına imkan verilməyəcək:
“İmkan vermək olmaz ki, kimlərsə bu qaydadan sui-istifadə edərək digərlərini şantaj və digər məqsədlər üçün istifadə etsinlər”.
Məlumat alındıqdan sonra Vergilər Nazirliyinin araşdırmaları yayınma halını təsdiqləsə, xəbəri verən şəxsə vergidən yayındırılan məbləğin müəyyən hissəsi qədər mükafat veriləcək. Hələlik bu məbləğin nə qədər olacağı müzakirə edilir: “Xarici ölkələrin təcrübəsində bu məbləğ 10-15% təşkil edir”.
Amma heç də bütün vergi yayınmaları barədə məlumat verənlərə mükafat düşməyəcək. Bunun üçün müəyyən məbləğ müəyyən ediləcək, mükafat yalnız o halda veriləcək ki, vergidən yayındırılan məbləğ bundan artıq olsun.
Ən əsasıvergidən yayınma ilə bağlı vergi orqanını məlumatlandıran şəxslərlə bağlı məlumatlar gizli saxlanacaq.