Bu il devalvasiya dalğası məktəb bazarına da təsirsiz ötüşməyib. Yeni tədris ilinə hazırlaşan valideynlər qiymətlərin bahalaşmasında narazıdırlar. Bir neçə ildir ki, dövlət ölkənin ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin dərslik yükünü öz üzərinə götürməklə, valideynlərin dərs ili ərəfəsi çəkdikləri xərci xeyli azaldıb. Amma bu heç də valideynləri məktəb qayğılarından tam azad etməyib. Dəftər, qələm, çanta, digər məktəbli ləvazimatları, həmçinin məktəbli forması almaq valideyenlərin boynuna düşdüyündən, onlar övladlarının ehtiyaclarını qarşılamaq üçün əllərini ciblərinə salmalı olurlar. Mağazalardakı qiymətlərə nəzər salanda aydın olur ki, bu il övladını məktəbə yola salan valideynlər bunun üçün ən azı bir aylıq məvaciblərindən keçməlidirlər.
Bu il devalvasiya dalğası məktəb bazarına da təsirsiz ötüşməyib. Yeni tədris ilinə hazırlaşan valideynlər qiymətlərin bahalaşmasında narazıdırlar. Bir neçə ildir ki, dövlət ölkənin ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin dərslik yükünü öz üzərinə götürməklə, valideynlərin dərs ili ərəfəsi çəkdikləri xərci xeyli azaldıb. Amma bu heç də valideynləri məktəb qayğılarından tam azad etməyib. Dəftər, qələm, çanta, digər məktəbli ləvazimatları, həmçinin məktəbli forması almaq valideyenlərin boynuna düşdüyündən, onlar övladlarının ehtiyaclarını qarşılamaq üçün əllərini ciblərinə salmalı olurlar. Mağazalardakı qiymətlərə nəzər salanda aydın olur ki, bu il övladını məktəbə yola salan valideynlər bunun üçün ən azı bir aylıq məvaciblərindən keçməlidirlər.Bir mağazada 50 manat digərində 115 manat
May ayından etibarən xüsusilə, paytaxt Bakıda çox sayda iş yerlərinin bağlanması valideynləri işsizlik problemi ilə üz-üzə qoyub. Bu da məktəbə hazırlıq prosesinə təsir göstərib. Bakinin bir sıra mağazalarında apardığımız araşdırmalardan məlum olub ki, məktəbli ləvazimatlarının qiymət indeksində bütövlüklə artım müşahidə olunur. Məktəbli çantasından tutmuş 12 vərəqli dəftərə kimi qiymətlər 40-50 faiz artıb. Bu isə paytax bazarında alıcılıq qabiliyyətinə də təsir göstərir. Nərimanov metrsu ayxınlığında yerləşən mağazlardan birinə baş çəkdik. Satıcı Əflatun Rzayevlə söhbətimiz zamanı alıcılıq səviyyəsinin çox zəiflədiyi öyrəndik: “Mən özüm də valideynəm, bu il ovlad məktəbə yola salacam. Amma hələ nə çantasını, nə də qələm-dəftərini almışam. Doğrudur qiymətləər artıb ancaq bu mövzuda nə özümü nə də valideynləri qınayıram. Biz özümüz də topdan baha qiymətə alırıq. Vəziyyət o həddə çatıb ki, hətta məhsulun maya dəyərinə yaxın qiymətdə satışa çxıarsam da alıcılar yenə anrazı qalırlar”.
Apardığımız araşdırmalar onu göstərir ki, Məktəb bazarında çantaların qiyməti minmum 35 manatdan başalayır. Araşdırmalarımız zamanı bir faktın da şahidi olduq kı, Bakının “Bazar store” ticcarət mərkəzində satışa qoyualn 50 manatlıq çantanın eynisini “28 mall”da yerləşən “Grafik” məktəbli ləvazimatları mağazasında 115 manata satışa qoyublar. Bunu həmin mağazanıns atıcısı malın eyni olmaması və keyfiyyət fərqi ilə izah edir: “ Bizə mallar əsasən Almaniya, Türkiyə vəd igər Avropa ölkəlrindən gəlir. Təəssüfki yerli istehsalat obyektlərimizin olmaması dəlalət verir ki, bu məhsulları birbaşa xaricdən idxal edək. O ki qaldı oxşar mallaırn qiymət fərqinə, bizim satışa verdiyimiz malın eynisini başqa mağazada tapa bilərsiniz ancaq keyfiyyət effekti fərqlidir. Həmçinin birinci sinif şagirdləri üçün ayaqqabı 15 manatdan aşağı qiymətə satılmır. Ən ucuz qiymətlər Çin malarının üzərinə ayzılıb. “Ucuz ətin şorbası olmaz deyiblər. Elə səhiyyə ekspertləri də deyirlər ki, sözü gedən ölkənin ayaqqabılarının uşaqların sağlamlığı üçün təhlükəli olması istisna deyil.
Dəftərlər 20 qəpikdən 1 manatadək, qələmlər 15-20 qəpikdən başlayır, pozanlar 10 qəpikdən 80 qəpiyə kimi dəyişir. Rəngli karandaşlar 1 manatdan başlayır 3, 5, 7 manat arası dəyişir. Bir şagirdin 1 sinif üçün tam məktəb ləvazimatları ilə təmin olunmasına orta hesabla 40-60 manatdır. Məktəbli forması daxil olmadan".
Digər ləvazimatlara gəlincə...
1. 100 vərəqli dəftərlər: 1 manat
2. Sadə karandaş: 20 - 80 qəpik
3. Xətkeş: 25 - 60 qəpik
4. Pozan: 20 qəpik - 1 manat
5. Flomaster: 2-7 manat
6. Qələm qabı: 4-10 manat
7. Rəngli kağız: 90 qəpik - 3 man
8. Qovluq: 3 - 5 manat
9. Yapışqan: 60 qəpik - 2 manat
10. Pərgar: 80 qəpik- 5 manat
11.Su qabı: 5 -6 manat
12.Yapşqan lent: 1-3 manat
13.Dərs masası 22 manat
14.Plastilin: 5-8 manat
15.Penal: 4-10 manat
Birinci sinfə gedəcək şagirdlər üçün nəzərdə tutulan digər ləvazimatların da qiymətləri məlumdur. Müxtəlif test kitabları, əlavə tədris vəsaitləri, yuxarı sinif şagirdləri üçün tapşırıq, misal kitabları 3-5 manata, test bankları 2-3 manatadır. Xatırladaq ki, məktəblilərə dərsliklər məktəbdən verilir, bir qismini valideyn özü almalı olur. Aşağı sinif şagirdləri üçün "Rus dili” və "Sinifdənxaric oxu” dərslikləri 5 manat satılır. İş dəftərlərinin qiyməti 3-5 manat arasında dəyişir. Misal üçün, 1 məktəbli üçün 5 fəndən iş dəftərləri almağa təxminən 20-25 manat tələb olunur.
Keyfiyyət bəhanədir, səbəbkar devalvasiyadır
Qiymət artımnda devalvasiyanın rolu danılmazdır. Çünki bundan öncəki il məktəb bazarında aprdığımız araşdırmaya görə hazırki qiymətlərdə açıq-aydın fərq müşahidə olunur. Bəzi mağaza sahibləri brend təzahürü yaradaraq keyfiyyət faktorunu ortaya qoysalar da mütəxəssislər yekdilliklə bunun əksini düşünür. Ekspert Zaur Əhmədov qəzetə deyib ki, məktəb bazarlığı valideynlərin büdcəsində ciddi problem yaradıb: “Azərbaycanda məktəb ləvazimatları, geyimlər hamısı xaricdən idxal olunur. Bildiyiniz kimi, milli valyutanın dəyərdən düşməsi və dolların bahalaşması məktəb ləvazimatlarının qiymətini 30-40 faiz artırıb. Bu da ailə büdcələrinə əlavə yük olacaq. Bir uşaqlı ailələrdə bu bir o qədər də hiss olunmur. Ancaq eyni ailədən 2-3 uşaq məktəbə gedərsə, mənzərə dəyişir. Bir uşaq üçün ötən il 110-120 manat olan xərc bu il bir məktəbli üçün 180-200 manat civarına gəlib çıxacaq. Bütün bu bazarlıqlar da sentyabr ayına düşür. Məktəbli övladı olan valideynlərin büdcəsində çox ciddi problemlər yaranacaq”.
Valideynlər nə düşünür?
Bakı sakini Rəbiyyə Quliyeva məkbət ləvazimatları satan bəzi mağazaların süni qiymət artımına yol verdiklərini deyir: “Bir çox satış obyektlərini gəzmişəm. Təbii ki, bu daha ucuz qiymət axtarışından irəli gəlir. Dəfələrlə şahidi olmuşam ki, bir mağazadan almaq istədiyim ləvazimatın eyn isi başqa mağazada iki dəfə baha satılır. Digər tərəfdən isə ləvazimatların çeşidi o qədər çoxdur ki, onları aldıqdan sonra bedcəyə verdiyi təsir də hiss olunur.” Alıcılar da təsdiq edir ki, bazarda qiymət ampılitutu da hökm sürməkdədir. Bu isə alıcıların aldadılmasına gətirib çıxarır.
Pərvanə Əliyeva düşünür ki, məktəb ləvazimatlarının qiymətləri çox ailənin büdcəsinə uyğun deyil: “Mənim iki uşağım orta mıktəbdə təhsil alır. Birinə ən azı 100-130 manat xərcimiz çıxır. Bu da büdcəmizə bir o qədər də uyğun deyil. Hər halda daha ucuz olsa yaxşı olar”.
Sürəyya Əlimərdanova isə bu fikirdədir ki, alınan malın keyfiyyəti də qiyməti qədər vacibdir: “Çalışıram ki, uşaq üçün keyfiyyətli mal alım. Amma qiymət də elə olmalıdır ki, büdcəyə uyğun gəlsin. Çünki, bizim evdən məktəbə iki uşaq gedir. Deməli məktəb xərcləri iki qat çox olur. Hələ məktəb başalayandan sonra təmir pulu, süpürgə pulu və s. də var”.
Bütün bu neqativliyə baxmayaraq, hələ də paytaxtın bəzi yerlərində ucuz məktəbli ləvazimatları tapmaq olar. Lakin sözügedən ləvazimatlar keyfiyyət baxımdan digərlərindən geri qalır. Söhbət "28 may" metrostansiyasının çıxışındakı keçiddən gedir. Orada da çoxlu sayda məktəbli ləvazimatları satan mağazalar var və həmin mağazalarda qiymət artımı demək olar ki, yoxdur.Satıcıların dediklərinə görə, onlar əhalinin güzəranını bildikləri üçün bahalı alman, Avropa məhsulları sifariş vermirlər, malları ancaq Çindən gətizdirirlər.
Rüfət Soltan