Rusiya rekord həcmdə neft çıxarmağa başlayıb

Rusiya rekord həcmdə neft çıxarmağa başlayıb backend

Rusiyada neft hasilatının orta sutkalıq həcmi sentyabrın əvvəlindən sutkada 11 mln. bareldən çox təşkil edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında bildirilir.

“Bloomberg”in məlumatına görə, müvafiq göstərici bundan əvvəl 1991-ci ildə qeydə alınıb.

Məlumata görə, avqustda bu göstərici iyul ayı ilə müqayisədə 1,4 faiz aşağı düşərək, sutkada 10,71 mln. barel təşkil edib.
Diaspora