Bu ilin yanvar-avqust ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2 942 895 811,59 manat təşkil edib.
"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə BFB-da kəskin azalma (-2,5 dəfə) müşahidə olunub. Ötən ilin müvafiq dövründə bu göstərici 7 341 295 511,74 manat olub.Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 18,3 dəfə artaraq 19 156 674,15 manatdan 350 597 317,53 manata çatıb. Pay bazarı isə 5,6 dəfə azalaraq 148 003 802,15 manatdan 26 580 746,42 manata, borc alətləri bazarı 31,3 dəfə azalaraq 1 520 309 886,46 manatdan 48 632 634,68 manata enib.