Almaniya “İncirlik“ avibazasına 58 milyon avro sərmaye qoyacaq

Almaniya “İncirlik“ avibazasına 58 milyon avro sərmaye qoyacaq backend

Almaniya Müdafiə Nazirliyi İŞİD-ə qarşı koalisiya qüvvələri arasında yer alan birliklər üçün böyük məbləğdə vəsait ayırıb. 58 milyon avro sərmayenin 26 milyon avrosu "Tornado" kəşfiyyat təyyarələri üçün hazırlanacaq xüsusi meydançanın inşasında istifadə ediləcək.


"Eurasia Diary" portalı "Spiegel-Online"a istinadən xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi "İncirlik" aviabazasına planlaşdırılan investisiyalar üçün 58 milyon avroluq büdcəyə ayırmağa razılıq verib.

Uzun müddətdir gedən mübahisələrdən sonra Almaniya İŞİD-ə qarşı mübarizədə koalisiya qüvvələrinə dəstəyini "İncirlik" bazasından verməyə davam edəcək. Ayrılan büdcədən 30 milyon avro isə əməliyyatlarda istifadə ediləcək.

Hərbi mənbələrə görə, "İncirlik" bazasında alman qoşunları üçün investisiyalara təcili ehtiyac var.
Qeyd edək ki, alman ordusunun "İncirlik"dəki missiyası başlayan andan etibarən alman təyyarələri ABŞ-a məxsus meydançada yerləşdirilib. Əsgərlərin isə müvəqqəti ərazilərdə məskunlaşdırıldığı və kəşfiyyat uçuşlarında müttəfiqlərdən texniki dəstək aldığı bildirilir.
Diaspora