Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Qaziler.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 5-si ilə müqayisədə dəyişməyərək 1,6362 manat olub.Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,23% zəifləyərək 1,8239 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,4% bahalaşaraq 0,0252 manat olub.
Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,5552 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1796 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,5% azalaraq 0,7114 manat təşkil edib.