Yəməndə üsyançılar yerli telekanalın əməkdaşlarını və direktorunu oğurlayaraq həbs ediblər.
Bu barədə "Əl-Ərəbiyə" telekanalı xəbər yayıb.Məlumata görə, əməkdaşları həbs edilən telekanal paytaxt Sənada fəaliyyət göstərən "As-Səid"dir. Sənanın bir hissəsini nəzarət altında saxlayan üsyançıların bu addımı nə üçün atmalarının səbəbləri hələlik məlum deyil.
Yəmən Jurnalistləri İttifaqının məlumatına görə, bu ilin əvvəlindən indiyə kimi ölkədə 6 KİV əməkdaşı öldürülüb, 11 nəfər işgəncələrə məruz qalıb, 24 jurnalist həbs olunub.("Report")