Bu ilin fevral ayından etdibarən Azərbaycana gələn turist axımında dəyişilik baş verib. Əvvəllər ölkəmizə daha çox türk, rus və avropalı turistlər gəlirdisə indi artıq gündəmdə ərəb və iranlı turistlər dayanır. Təkcə Bakıda deyil, rayonlarımızda da ərəblərə rast gəlinir. Onları Azərbaycana gətirən səbəblər məlumdur. Viza rejimin sadələşdirilməsi eləcədə, müxtəlif Tur Agentliklərində Azərbaycan haqqında dolğun məlumatların yayılması “pullu körfəzlilər”in ölkəmizə marağını artırıb.
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10 086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb. Bununla yanaşı, Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb.Cari ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edibki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.
2016-cı ilin birinci yarımili ərzində Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.
Mənzil alıb kirayə verirlər
Sözsüz ki, turist üçün bir ölkəyə getmək orada qiymət fərqi ilə də bağlıdır. Həmçinin Bakıda mənzil bazarında qiymət artımın baş verməsini də həmin turistlərin fəaliyyəti ilə əlaqələndirirlər. Görünən odur ki, bu ərəblər Azərbaycana həm də hazırlıqlı gəliblər. Mənzillərin bir neçə ay öncə əlverişli qiymətə sartılması onların cibini qane edib. İndi isə gündəmdə mənzil bahalaşmasında ərəblərin rolu müzakirə olunur. Hansı ki, gəlib burada 30-40 min manata ev alırlar və həmin evi bazarda satışa və ya kirayəyə qoyurlar. Milyonları olan bu turistlərin həm ziyət, həm ticarət təfəkkürü təəccüblə qarşılanır.
Ekspert Ramil Osmanlı bildirib ki, ölkəmizə ərəb axını mənzil bazarına təsirsiz ötüşməyəcək.
R.Osmanlı deyib ki, sentyabr ayından sonra xarici tursitlərin, xüsusuən ərəblərin Bakıya axının nəticələri məlum olacaq. “Onların Bakıda nə qədər əmlaka sahib olmaları və digər məsələlərlə bağlı hələlik rəsmi məlumat yoxdur. Reystr xidməti bununla bağlı hansısa açıqlama verməyib. Ümumi məlumatlar var, o konteksdən çıxış edib deyə bilərəm ki, bazarda nisbi aktivlik var, ancaq bu, bazarda dianmikanı dəyişəcək həddə deyil”.
Ekspertin fikrincə, gələcəkdə etimal olunur ki, ərəblərin və digər millətlərdən olan turistlərin Bakıya axını həm özəl mülkiyyətin, həm də dövlət əmlakının özəlləşməsi istiqamətində aktivliyi müəyyən qədər artıracaq: “Alıcı kütləsinin bazara daxil olması təbii ki, qiymətə təsirsiz ötüşməyəcək. Pul axınını artıracaq, bu da olsa qiymət artımına gətirib çıxaracaq. Qiymət artımının hansı həddə, hansı fazilə olacağını indidən demək düzgün olmaz”.
Turistlərin əksəriyyətinin BƏƏ vətəndaşları olmasının səbəblərindən biri Azərbaycanın islam ölkəsi olmasıdır.Mütəxəssislər hesab edir ki, slam ölkələrindən Azərbaycana gələn turistlərin sayı gələcəkdə daha da artacaq.
Turizm sahəsi üzrə ekspert Bahadur Bilalov bizimlə söhbətində bildirdi ki, BƏƏ-dən gələn turistlərin sayının artması gözlənilən idi: "Fars körfəzi ölkələrindən Azərbaycana gələn turistlər üçün viza rejimi sadələşdirilib. Viza rejiminin sadələşdirilməsi turistlər üçün böyük əhəmiyyət daşıyır. Artıq əksər ölkə vətəndaşlarının Azərbaycana gəlmək marağı var. Bunun da əsas səbəbi ötən il ölkədə keçirilən "Bakı-2015" İlk Avropa Oyunları oldu. Həmin yarışdan sonra tək Avropa deyil, digər qitələrin vətəndaşları da Azərbaycanla maraqlanır. Nəzərə almaq lazımdır ki, bu yaxınlarda Bakıda "Formula 1" yarışı keçiriləcək. Həmin yarışı izləmək üçün çoxlu sayda turist gələcək. 2017-ci ildə isə İslam Həmrəylik Oyunları keçiriləcək. Həmin yarışı izləmək üçün ölkəyə gələcək turistlərin, demək olar ki, əksəriyyətini məhz islam ölkələrinin vətəndaşları təşkil edəcək".
Həmsöhbətimizin fikrincə, turistlərin əksəriyyətinin BƏƏ vətəndaşları olmasının səbəblərindən biri Azərbaycanın islam ölkəsi olmasıdır. İslam ölkələrindən Azərbaycana gələn turistlərin sayı gələcəkdə daha da artacaq.
İslam ölkələrindən gələnlərin “Dini radikalizm” təşəbbüsü ehtimal olunurmu?
Ölkəyəturist axınının artması iqtisadi baxımdan yaxşıdır,çünki turistgetdiyi ölkədə pul xərcləyir. Bu məsələnin müsbət tərəfidir.Bəs ərəb turistlərinin ölkəyə axını radikal dini cərəyanlarıngüclənməsinə, o cümlədən, vəhhabiliyin artmasına gətirib çıxara bilərmi?Axı radikal dini cərəyanların əsas maliyyə mənbəyi bəzi ərəb ölkələri, onların xüsusi xidmət orqanları, şeyxləridir.
Politoloq Ərəstun Oruclunun sözlərinə görə, gələnlər daha çox turist olduqlarından radikal dini cərəyanları yaymaları ehtimal edilmir.
“Turist səfərinə gələnlər əsasən hansısa cərəyanları yaymağa gələnlər deyillər. Bu turist axının səbəbi müvəqqəti olaraq viza rejiminin sadələşdirilməsidir ki, bir sıra dövlətlərdən, o cümlədən ərəb dövlətlərindən səfər edənlərin sayını artırıb. Mən bunu əlaqələndirməzdim. Turistlər daha çox şəxsi maraq üçün - gəzməyə-görməyə, alış-verişə gəlirlər”.
Ərəblərin kütləvi şəkildə mənzil almasına gəlincə isə, politoloq hesab edir ki, bundan narahat olmağa dəyməz. Onun sözlərinə görə, əcnəbilərin Azərbaycanda mənzili almaları onlara daimi yaşayış hüququ vermir.
Ərəblərin mədəniyyəti
Yerli Turistlərimizin ə Bakıda və ölgələrdə istirahət etdikləri zaman ərəblərə rast gəldiklərini deyirlər. Turist axınını ölkəmiz üşün yüksək dəyərləndirsələr də onların yaratdığı narahatçılıqlardan da gileylənirlər. Qəbələ rayonunda istirahət edən həm yerlilərimizdən biri sorğumuza cavab olaraq şahidi olduğu bir hadisəni danışır: “Qəbələdə olanda axşam radələrində bir neçə ərəb turistin mədəniyyətsizliyinin şahidi oldum, onlar içki qəbul etmişdilər, yaxınlığımızda dincələn həmin turistlərin səs-küy qaldırmalarının sonunda hətta gördüm ki, içkini təsirindən onlardan biri elə yerindəcə qusdu. Ərəb turistlərlə bağlı sosail şəbəkələrdə də şahid olduqları hadisələri paylaşan həmyerlilərimiz onların təmizliyə riayət etməmələrindən narazılıqlarının bildiriblər və həmçinin mehmanxana rəhbərliklərinin xarici vətəndaşlara qarşı tədbirlər görmədiklərindən narazıdırlar.
Bəzən şərq mədəniyyəti tezisi altında yüksək keyfiyyətli mədəniyyət öyrənirik. Dinin buyurduğu təmizlik və qeyri-israfçılıq terminlərini deyəsən “pullu körfəzlilər” yaddan çıxarıb. Axı ərəblər səyahət təcrübəsinə görə fərqlənirdilər. Bilməlidirlər ki, mehmanxanda qalanda, hovuzda olanda, şəhərdə gəzəndə, restoranda oturanda, mənzil alanda və ibadət edəndə bir qədər dünyəvi də olmaq laızmdır. Mütəxəssislər ilin əvvəlindən başlayan turist axınının ilin sonuna kimi artacağını bildirirlər. Bunun xeyirli yoxsa zərəli olacağı şübhə yaradır.
Rüfət Soltan