Ötən gecə İsmayıllı rayonuna yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları kəndlərdə ciddi fəsadlar törədib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun şimalındakı yüksək dağlıq ərazilərə bir neçə saat yağan güclü yağışdan sonra Göyçay çayına gələn sel suları çayın məcrasından çıxaraq ətrafdakı İstisu, Çayqovuşan, Qalıncaq, Sumağallı kəndlərini basıb. Təbii fəlakət nəticəsində kəndlərdə evlərin zirzəmilərinə, həyətyanı sahələrə su və lil dolub. Küçələrdə keçilməz su gölməçələri yaranıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Sel Vətəndaşlara məxsus ev quşları tələf olub, tərəvəz və bostan əkini sahələrinə ziyan dəyib. Göyçay çayı üzərindəki kiçik körpülərin dağılmaq təhlükəsi yaranıb. İsmayıllıya qısa müddətdə düşən dolu evlərin dam örtüyünə və meyvə ağaclarına ziyan vurub.