Azərbaycanda aparılan davamlı inkişaf tədbirləri vətəndaşların dünya ölkələri ilə əlaqlərinin daha da artmasına şərait yaradır. Bəziləri təhsil, bəziləri kariera qurmaq və iqtisadi məqsədlərini həyata keçirmək məqsədilə və həmçinin milli maraqların təbliği sahəsində xarici ölkələrə üz turur. Lakin müxtəlif planların önünü bir məsələ kəsir ki, o da viza məsələsidir. Dünya ölkələrinin xarici turizm siyasətində əsas prioritetlərdən biri sayılan viza məsələsinin həlli turist və ya işçi miqrant axınının formalaşdırımasında mühüm amil hesab ounur.
Viza, bir dövlətin xarici nümayəndəlikləri və ya gömrük orqanları vasitəsilə ölkəsinə səyahət edəcək xarici vətəndaşın pasportuna vurulan və həmin vətəndaşın ölkəsinin sərhəd qapısına qədər gedərək sərhəd orqanlarına daxil olmaq üçün müraciət edilə biləcəyini göstərən yazılı icazə sənədidir.Uzaq qərbdə Kanadanın apradığı siyasətin təməli bu ölkəyə hər il yüz minlərlə xarici vətəndaş cəlb etməkdir. Ölkədə iki rəsmi dilin olması və dünya dilləri arasında çox istidfadə olunması hökümətin miqrasiya siyasətini asanlaşdıran amillərdəndir. Digər tərəfdən isə miqrasiya siyasətinə uyğun olaraq, Ottava 2015-ci ildə 285 min miqrantı qəbul etməyi hazırlaşır. Bu ölkədə ən şox mühəndislik, maliyyə, tibb və marketinq peşələrinə və təcrübəli şəxslərə ehtiyac duyulur.
Məlumata görə, Kanadada 3 il yaşadıqdan sonra bu ölkənin pasportu və vətəndaşlığına sahib olmaq mümkündür. Kanada vətəndaşlığı dünyada ən tez alınan vətəndaşlıqlardan biridir.
Qeyd edək ki, 2014-cü ildə 290 min insan Kanada vətəndaşı olmaq hüququ qazanıb. Bu ölkədə məskunlaşan insan illik orta hesabla 45-50 min dollar edə bilər. Bu da Kanadanın hər il yenilənən iş sistemidir.
Avropada sərhədlərin qənimi – Şengen vizası
Hələ 1995-ci ildə Avropa Birliyin daxilində yeni Şengen müqaviləsi bağlanıldı bu müqaviləyə “Hə “ deyən ölkələr arasında viza rtejimi ləğv olunmuş hesab olundu. Avropa ərazisini bütöv bir ölkə timsalına gətirən razılığa görə həmin ildən bu yana hər hansı Avropa ölkəsinə getmək istəyən turist üçün yalnız “Şengen “ vizası almaq kifayətdir ki, Avropa birliyi daxilində istənilən ölkəyə sərhədsiz daxil ola bilsin. Mütəxəssislər tərəfindən örezonans kimi qəbul edilən bu hadisə bu günə kimi İnkişaf edən Avropaya milyonlarla turist axını gətirməkdədir. Heç şübhə doğurmur ki, səliqəli avropa hesab etdiyimiz qərb ölkələrinin bu cür elitar səviyyəyə gətirən də elə sərhədisz Şengen olmuşdur. Şengen razılaşmasına daxil olan Avropa ölkələri isə bunlardır: Almaniya, Fransa, Avstriya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, İspaniya, İsveç, İtaliya, Lüksemburq, Macarıstan, Malta, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan, həmçinin AB-yə üzv olmayan İsveçrə, İslandiya, Norveç də bu müqaviləyə qoşulub. Xatırladaq ki, Şengen vizası hansı ölkə üçün alınıbsa ilk olaraq səyahət həmin ölkədən başlamalıdır. Məsələn, vizanı İtaliya üçün alan turist ilk səyahətinin Almaniyaya edə bilməz, şərtdir ki, İtaliyaya səyahət etsin. Daha sonra başqa bir Avropa ölkəsinə getmək mümkündür.
Şengen vizaları “qısamüddətli” vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.
Hara müraciət etməlisiniz?
Əgər siz yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsinizsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, o zaman əsas istiqamətiniz olan ölkənin səfirliyinə müraciət etməlisiniz. Əgər siz müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, o zaman siz ərazisinə birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət edirsiniz. Viza üçün müraciət edən zaman siz şəxsən özünüz gəlməlisiniz, ərizə
forması (şəxsən doldurmalı və imzalamalısınız) və səyahətiniz üçün digər lazımi sənədləri təqdim etməlisiniz.
Viza rüsumunun məbləği 60 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. Heç bir digər məbləğ ödənilmir. Turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır.
Bütün Şengen ölkələri Bakıda səfirlik və konsulluqlarla təmsil edilmirlər. Bu səbəbdən xaricə getmək istəyən vətəndaşlar Almaniya və Avstriya üçün Bakıdakı Almaniya səfirliyinə, Belçika, Fransa, İspaniya, Lüksemburq, Niderland və Portuqaliya üçün Fransa səfirliyinə, Finlandiya, İslandiya, Norveç və İsveç üçün Norveç səfirliyinə, İtaliya, Latviya, Litva (01/03/2008 tarixindən sonra), Polşa və Yunanıstan üçün həmin ölkələrin səfirliklərinə, Çexiya Respublikası və Litva (01/03/2008 tarixindən əwəl) üçün həmin ölkələrin Tiflisdəki səfirliklərinə, Danimarka və Sloveniya üçün həmin ölkələrin Ankaradakı səfirliklərinə (Danimarkaya işgüzar səfərə gedən zaman Norveçin Bakıdakı səfirliyinə müraciət etməyə icazə verilir), Malta və Slovakiya üçün həmin ölkələrin Moskvadakı səfirliklərinə və Estoniya və Macarıstan üçün isə həmin ölkələrin Ankaradakı və ya Moskvadakı səfirliklərinə müraciət etməlidirlər.
Türkiyə ilə viza ləğv olunmasa da...
Azərnbaycanın xarici ölkələrlə viza rejiminin dövlət rüsumları hər bir ölkə üçün fərqli dəyərdə ölçülür. Ölkəmizin 108 xarici dövlətlə viza rejimi tədbiq olunur. Bunların arasında dövlət rüsumu alınmayanları da var.Türkiyə ilə aramızda viza rejimi ləğv olumnmasa da çoxlarının bilmədiyi bir məqam var ki, o da vizanın qarşılıqlı razılaşmaya uyğun olaraq, rüsumsuz olmasıdır. Bu srazılığa qoşulan ikinci ölkə isə Yaponiyadır. 108 ölkə ilə baərbər Azərbaycanın viza rejimin ləğv olunduğu ölkələr də vardır. Belə ki, 8 ölkənin (Rusiya
Belarus, Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan) vətəndaşları Azərbaycana vizasız gələ bilərlər. Türkiyə və İranın vətəndaşları isə vizanı Azərbaycan sərhədində ala bilərlər.
Eyni zamanda Azərbaycan ilə Avropa İttifaqı arasında vizanın qaldırılması ilə bağlı danışıqlar aparılır. Həmçinin Azərbaycanın xarici turist axını artırmaq üçün viza üçün dövlət rüsum endirilib. Əvvəllər 50 dollar müqabilində olan rüsum birdəfəlik 20 dollara endirilib. Ekspertlər bunu dəyərləndirsələrdə yeni prosedurun turist axını üçün o qədər də qüdrətli olmayacağını bildiriblər. Bunu devalvasiya şansı ilə əalqələndirən şərhçilər yeni qiymətin əvvəlki qiymətə yaxın olduğunu əsas gətrirlər. Qonşu Gürcsütanın turist axınında böyük irəliləyişlərə əl atmasının vacib səbəbi də var. Belə ki, Azərbaycanın 8 ölkə müqabilində qonşumuz 48 ölkə ilə viza rejimini ləğv edib. Son illərdə Azərbaycanında turizm siyəsti uğurla həyata keçirilir. Mütəxəssislərlər də belə hesab edir ki, gələcəkdə viza məsələsi ilə bağlı Avropa ölkələrinə müraciətlər olunacaq. Hər şey qonşuluqdan başlayır.
Azərbaycanda “viza azadlığı”
Viza azadlığı ölkənin dünyaya çıxışında əsas perspektiv hesab olunur. Azərbaycanın bəzi ölkələrlə rejimi ləğv etməsi, və ya sərhəddə viza öprobleminin həlli prosedurlar birbaşa “viza azadlığı”na təsir edən amillərdir. Bu sahədə Almaniya dünya lideridir. Alman vətəndaşları dünyanın bir çox yerinə təşrif buyurması rahat və effektli şəkilə bərqərar olur. Nüfuzlu konsaltinq firması “The Henley & Partners” qrupunun “Viza Məhdudiyyətləri İndeksi”nin (Visa Restrictions Index) bu il üçün nəticələrinə görə Almaniya vətəndaşı dünyanın 177 ölkəsinə vizasız səfər etmək imkanına malikdir.
“The Henley & Partners” firması bu reytinqi 2006-cı ildən bəri, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association – IATA) məlumatları əsasında hazırlayır.
Dünyanın ən "hörmətli" pasportları Avropadadır
Almanlardan sonra ən “hörmətli” pasportları İsveç vətəndaşları daşıyırlar. Onlar 218 ölkədən 176-na vizasız səfər edə bilərlər. Üçüncü yeri – Finlandiya, Fransa, İtaliya, İspaniya və Britaniya pasportları tutur. Bu ölkələrin pasportları ilə 175 ölkəyə vizasız səfər etmək olar.
Hesabatda deyilir ki, qlobal miqyasda hərəkət sərbəstliyi getdikcə yaxşılaşır. Bu da qeyd olunur ki, Tonqa, Palau, Kolumbiya və Timor-Leste kimi ölkələrin vətəndaşları indi daha çox ölkələrə səfərlər edə bilirlər. Bu reytinqdə Azərbaycan və onun qonşuları da göstərilib.
Reytinq cədvəlində 75-ci yeri tutan Azərbaycan qrafasının qarşısında 62 rəqəmi yazılıb. İndeksin metodologiyası ilə bu o deməkdir ki, Azərbaycan vətəndaşı öz pasportu ilə 62 ölkəyə vizasız səfər edə bilər. Lakin bunun belə olmadığı araşdırmasız da bəllidir. Reytinqdə belə uyğunsuzluğa səbəb “vizasız, hava limanında viza və başqa viza” rejimlərinin qarışdırılması olmalıdır.
İri hava şirkətlərinin saytları Azərbaycana və Azərbaycandan viza rejiminə dair məlumatlar üçün axtarışçını müvafiq Wikipedia saytlarına göndərir. Həmin saytda Azərbaycan vətəndaşının vizasız səfər edəcəyi ölkələrin sayı 29-dur. Bunlardan bəzilərinin adları Azərbaycan vətəndaşına tanış olmaya bilər: Albaniya, Antiqua və Barbuda, Ermənistan, Baham, Barbados, Belarus, Bosniya və Herseqovina, Kolumbiya, Dominika, Ekvador, Gürcüstan, Haiti, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Malayziya, Mikroneziya, Moldova, Çernoqoriya, Namibiya, Rusiya, Sent Vinsent və Qrenadin, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistan, Vanuatu.
Burada dərhal demək lazımdır ki, bu ölkələrin arasında ofşor adalar xüsusi yer tutur. Yeri gəlmişkən, Wikipedia-nın Almaniya vətəndaşlarına aid səhifəsindən bəlli olur ki, Almaniya pasportu ilə də tam vizasız və sərbəst yalnız 140-dək ölkəyə səfər etmək olar. Bu isə o deməkdir ki, “The Henley & Partners” indeksində viza rejimi ilə bağlı izaha ehtiyacı olan məqamlar var.
Yalnız MDB-də
Hazırkı reytinqdə Azərbaycan öz vətəndaşının səfər azadlığına görə Qırğızıstan, Ermənistan, Tacikistan, İran və Pakistanı geridə qoyub.
Lakin Azərbaycan hökumətinin bir sıra rəsmi sənədlərini nəzərdən keçirdikdə “The Henley & Partners”in sözü gedən indeksinə məlumatın haradan gəldiyini təxminən bilmək olur. Məsələn, Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin internet səhifəsində Azərbaycanın vizasız gediş-gəliş razılaşmasına malik olduğu ölkələrin siyası göstərilib. Burada 59 ölkənin adı var! Yeri gəlmişkən, Azərbaycanın başqa ölkələrdəki səfirliklərinin saytlarında dərc olunmuş siyahılarda da fərqlər var.
Rüfət Soltan