2015-ci ildə Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzinə (UBMM) (ilk dəfə müraciət etmiş) 98 xəstə daxil olub. Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2016-cı ilin ilk 6 ayı ərzində isə bu göstərici 88 xəstə təşkil edib.
2015-ci ilin ilk 6 ayı ərzində UBMM-ə ümumi gəlişlərin (ilk və növbəti gəliş) sayı 19661 təşkil edirdisə, 2016-cı ilin 6 ayı ərzində bu rəqəm 20612 çatıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin 2014 – 2020 ci illər üzrə Strateji Planına əsasən uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində UBMM–nə müraciət edən 1 yaşına qədər olan uşaqların sayının əvvəlki ilə nisbətdə 40% artması müşahidə olunur.
Bildirək ki, mərkəzdə bərpa müalicəsinə ehtiyacı olan 18 yaşına kimi uşaqlar çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər. Xəstələr mərkəzə sahə poliklinikaları tərəfindən göndərilirlər.
UBMM-də müalicə alan uşaqların 40%-i sinir sistemi xəstəliklərindən, 30%-i dayaq hərəkət sistemi xəstəliklərindən, 20%-i yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10%-i müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.