Azərbaycan Beynəlxalq Bankını London məhkəməsinə verdilər

Azərbaycan Beynəlxalq Bankını London məhkəməsinə verdilər backend

İsrailin BSD CROWN LTD şirkəti Azərbaycan Beynəlxalq Bankına qarşı London Arbitraj məhkəməsində iddia qaldırıb. Virtualaz.org xəbər verir ki, şirkət Azərbaycan bankının ona borclu olduğu 13.6 milyon dolları tələb edir. Məhkəmə baxışının vaxtı hələ müəyyən edilməyib.

Xəbər verdiyimiz kimi İsrail şirkəti ilə Azərbaycan Beynəlxalq Bankı arasında çəkişmə Cahangir Hacıyevin dövründə -2013-cü ildə bankda yerləşdirilmiş 13.6 milyon dollar (faizləri ilə birlikdə) şübhəli depozitlə bağlıdır.

BSD Crown yüzlərlə adda ərzaq məhsullarının distributorluğunu həyata keçirən Willi Food şirkətinin səhmlərinin mülkiyyətçisidir. Virtualaz.org araşdırıb ki, BSD Crown Ltd özü İsrailin BGİ investisiya şirkətinin törəmə şirkətidir. Şirkətin nəzarət səhm paketi bu yaxınlara qədər Ukraynanın Odessa vilayətindən olan yəhudi oliqarx Aleksandr Qranovskiyə məxsus olub. Hazırda o, Ukraynada bizneslə məşğuldur.
Diaspora