Bahadırsa tərgitməlisən – Siqaretin qiyməti daha da qalxacaq

Bahadırsa tərgitməlisən – Siqaretin qiyməti daha da qalxacaq backend

Siqaretin qiyməti növbəti dəfə qalxdı. Əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə20 qəpik bahalaşıb. Qiymət artımın arxasında hasnı səbəblər dayanır?

Bir neçə ay öncə siqaretlərin ilk qiymət artımında olduğu kimi, hazırkı bahalaşmanı da 50 faizlik devalvasiya ilə əlaqələndirirdilər. Lakin siqaretlərin qiyməti 70-80 fazi qalxıb. Deməli burada daha orijinal səbəblər axtarmaq lazımdır. Bire sıra mütəxəssislər qiymət artımının arxasında süni qiymət artımı iddiaları ilə çıxış etsələr də ticarətçilər xaricdən aldıqları qiymətlərlə əlaqləndirirlər. Birmənalı oalraq da Satıcılar isə siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırıldığını deyirlər. Beləliklə satıcılar rəhbərləri günahlandırır, ekspertlər isə suni qiymət artımını səbəb gətirirlər.

Siqaretə tələbatın artması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, bu məsələ o qədər də inandırıcı deyil: "Araşdırmalarımıza görə, ölkədə tütün məhsullarına tələbat azalmaqdadır. Azad İstehlakçılar Birliyi olaraq bu vaxta qədər yeddi filtrsiz siqaret istehsalı ilə məşğul olan fabriki bağlatdırmışıq. Biz həm də radiasiyalı "LD” və "Novosti” siqaretlərin bazardan çıxarılmasına nail olmuşuq. Hesab edirəm ki, siqaretin bahalaşması ona qarşı tələbatın azalmasına da təsir edə bilər”.

"Azərbaycanda siqaretin və tütün məhsullarının qiymətinin bahalaşacağı tam realdır”

Bu fikri "European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə Heyətinin sədri Rüfət Quliyev bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını nəzərdə tutan tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərarı şərh edərkən deyib.

"İqtisadçı -ekspert Vüqar Bayramov öncə siqaretin bahalaşması üçün iqtisadi zəmin görmədiyini dedi: "Dünya bazarında hazırda siqaretin qiymətinin artması müşahidə edilmir. Nəzərə alsaq ki, neftin ucuzlaşması ilə bağlı sənaye məhsullarının istehsalında xərclərin azalması müşahidə edilir. Bu baxımdan biz dünya bazarında siqaret də daxil olmaqla, sənaye məhsullarının ucuzlaşmasını müşahidə edirik.

Bunun əksinə olaraq, Azərbaycanda siqaretin qiymətinin artacağı gözlənilir. Siqaret məcburi istehlak olunan məhsullar qrupuna daxildir olduğu üçün, bu faktordan istifadə edib tez-tez siqaretin qiymətini artırırlar. Bu da nəticədə siqaret aludəçilərinin gündəlik xərclərinin artmasına gətirib çıxarır. Bizim hesablamalarımız göstərir ki, siqaret çəkən şəxs orta hesabla bir il ərzində siqaretə 600 manat vəsait xərcləyir. Əvvəlki illərdə bu rəqəm nisbətən aşağı idi və siqaretin bahalaşması ilə xərclərin miqdarı da artır".

İqtisadçı onu da qeyd etdi ki, Azərbaycanda siqaretə tətbiq olunan aksiz vergisi, dünya bazarı ilə müqayisədə daha azdır: "Azərbaycanda siqaret istehsalına 12,5 faiz aksiz vergisi tətbiq olunursa, Avropa ölkələrində bu, 50-60 faizə qədər yüksəlir. Verginin aşağı olmasına baxmayaraq, Azərbaycanda zaman-zaman siqaretin qiyməti qaldırılır. Bu baxımdan siqaret çəkən insanların gündəlik xərclərinin arzuolunan deyil. Dünya bazarında siqaretin qiyməti dəyişməyib, eləcə də siqaret istehsalında xərclərdə heç bir dəyişiklik olmayıb.

Deməli, siqaretin bahalaşması üçün iqtisadi zəmin yoxdur. Bu tendensiya birmənalı şəkildə siqaret istehsal edən və ya idxalı ilə məşğul olan şirkətlərin gəlirlərinin artmasına hesablanıb”.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, ölkəmizdə siqaret istehsalında istifadə olunan komponentlərin bir hissəsi xarici ölkələrdən gətirildiyi üçün orada baş verən proseslər yerli qiymətlərə təsirini göstərir: "Azərbaycana gətirilən siqaretin maya dəyəri ilə satış qiyməti arasında fərq çoxdur. Ucuz qiymətə gətirilən siqaretlər bir neçə dəfə baha satılır. İnhisarçı şirkətlər xammal çatışmazlığını, onun qiymətinin baha olmasını bəhanə edib, siqaretlərin qiymətlərini artırırlar”.

Qiymət artımı faydalıdır yoxsa zərərli?

Bəs məcburi istehlak məhsullarında sayılan siqaretin bahalaşması hansı nəticələrə səbəb olacaq? Qiymət artımı siqaret aludəçilərinin gündəlik xərclərini artıracaq, yoxsa onları bu zərərli vərdişdən çəkindirməyə xidmət edəcək?

Psixoloq Azad İsazadə isə siqaretin qiymətinin artmasını müsbət dəyərləndirdi və bunun zərərli məhsuldan istifadəni azaldacağını vurğuladı: "Ümumiyyətlə, Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə xeyli ucuzdur. Qiymətin ucuz olması da siqaret çəkənlərin sayının artmasına gətirib çıxarır. Aldadıcı fikirdir ki, siqaret çəkmək insanı sakitləşdirir. Bu, sadəcə bir məşğuliyyətdir və insanın fikrini əsas məsələdən yayındırır. Reallıqda isə nikotinin heç bir sakitləşdirici təsir yoxdur. Qiymətin qalxması ilə siqaret çəkənlərin sayı azalacaq, aludəçilər çəkdikləri siqaretin sayını azaldacaqlar”.

Son da isə məsələy ilə bağlı məlumat yayan Ölkənin tütün məmulatları istehsalı ilə məşğul olan "European Tobbaco" şirkəti siqaretin qiymətindəki artıma aydınlıq gətirib. Tütün məmulatlarının qiymətinin artması dünya bazarlarında xammalın qiymətinin bahalaşması ilə əlaqədardır.


Rüfət Soltan




Diaspora