“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.
Qaziler.az bildirir ki, “Report”un xəbərinə görə, agentlik Azərbaycanın yerli və xarici valyutada olan emitentin uzunmüddətli defolt reytinqini (İDR) “BB+”, proqnozu isə "neqativ" olaraq müəyyənləşdirib.“Fitch” həmçinin Azərbaycanın xarici valyutada olan istiqrazlarını da “BB+” səviyyəsində təsdiq edib.
Bununla yanaşı Azərbaycanın qısa müddətli yerli və xarici valyutada olan reytinqi (IDRs) “B+” olaraq təsdiqlənib.