Gülənin Qafqazdakı adamından ŞOK İDDİA: FETÖ-nun “qara qutu”su...

Gülənin Qafqazdakı adamından ŞOK İDDİA: FETÖ-nun “qara qutu”su... backend

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülənin varisi olaraq tanınan Mustafa Özcan Qırğızıstan vətəndaşlığını alıb. Publika.az xəbər verir ki, bu haqda Gülənin bir vaxtlar Qafqazda əhəmiyyətli adamlarından biri olan, daha sonralar təşkilatdan ayrılan Həyati Küçük “Sabah” qəzetinə danışıb.


O, Gülənin ikinci adamı və “qara qutusu” olan Mustafa Özcanın hazırda Qırğızıstanda olduğunu bildirib.

Xatırladaq ki, Qırğızıstan ölkəsindəki FETÖ məktəblərini bağlamaqdan imtina edərək Türkiyənin tələbini geri çevirib. Qırğızıstanın Xarici İşlər Nazirliyi “ultimatum və şantaj dili ilə edilən açıqlamaya” əməl etməyəcəklərini bəyan ediblər.
Diaspora