Türkiyə tankları Suriyaya girdi

Türkiyə tankları Suriyaya girdi backend

Türkiyə ordusunun tankları bu gün səhər saatlarından etibarən başlayan artilleriya hazırlığının və hava zərbələrinin ardınca Suriyanın Cerablus bölgəsini İŞİD terrorçularından təmizləmək üçün sərhədi keçib.

Virtualaz.org xəbər verir ki, bu haqda “Sözçü” qəzeti hərbi qaynaqlara istinadən yazıb. “Fırat Qalxanı” kod adı altında keçirilən hərbi əməliyyat çərçivəsində Türkiyə təyyarələri Kekilcə və Cerablus bölgəsindəki hədəflərə zərbələri davam etdirir.

Tank birlikləri Bakı vaxtı ilə saat 12.00-d sərhəd xəttini keçməyə başlayıb. Əməliyyatın məqsədi Cerablus bölgəsini İŞİD-dən təmizləmək və eyni zamanda Suriyanın şimalında YPG v PYD kürd birliklərinin qüvvələrinin birləşdirilməsinə imkan verməməkdir.

Əməliyyatlara ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya havadan dəstək verir. Hələb bölgəsində Suriya ordusunun hücumlarına dəstək verən Rusiya hələlik Türkiyənin müdaxiləsini şərh etməyib.
Diaspora