Şimali Koreya rəhbərliyi ötən gecə Sinpxo liman şəhərinin yaxınlığında yerləşən sualtı qayıqdan ballistik raket sınağı həyata keçirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, raket 1000 kilometrə məsafəyə qədər hədəfi vurmaq gücündədir.
Raket Tapon dənizində, Yaponiyanın su sərhədlərinin 80 kilometr daxilində suya düşüb. Artıq ABŞ , Cənubi Koreya və Yaponiya baş verən hadisəni regional təhlükə adlandırıblar.Ekspertlər isə Şimali Koreyanın ballistik raket proqramının kifayət qədər uğurla inkişaf etdiyini və ildən-ildə raketlərin zərbə radiusunun daha da genişləndiyini yazıblar.