Türkiyə hakimiyyəti Suriya ilə həmsərhəd Qaziantep əyalətinin Karkamış rayonunun əhalisini təxliyə edir. APA-nın xəbərinə görə, bu barədə “СNN Turk” telekanalı məlumat yayıb.
Bundan əvvəl Karkamış rayonu Suriyanın şimalındakı Carablus şəhərindən atəşə tutulub. Mərmilərdən biri Karkamış meriyasının qarşısında partlayıb. Türkiyə İŞİD-in mövqelərinə artilleriyadan cavab zərbələri endirib.
Polis yerli əhalini rayonu tərk etməyə çağırıb. Könüllü şəkildə həyata keçirilən evakuasiya üçün avtobuslar cəlb olunub.