Sabah “Alfa Sığorta“nın taleyi həll olunacaq

Sabah “Alfa Sığorta“nın taleyi həll olunacaq backend

Maliyyə Bazarlarına Nəzarət Palatası sabah ləğv edilmiş "Texnikabank"ın törəmə strukturu "Alfa Sığorta" şirkətinin taleyi barədə qərar qəbul edəcək. Bu barədə Trend-ə Palatadan deyiblər.

"Texnikabank"dan isə Trend-ə bildiriblər ki, bankın hər iki törəmə şirkətinin - "Alfa Sığorta" və "Capital Management" investisiya şirkətininin ləğv edilməsi variantı real görünür, çünki hazırda bazardakı iştirakçılar onlardan heç birini almaq istəmir.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov Trend-ə bildirib ki, daha əvvəl fond bankın hər iki aktivini - "Alfa Sığorta" və "Capital Management" - satmağa hazırlaşırdı, lakin onlara alıcı tapılmadı:

"İndiyədək hər iki müəssisə üçün alıcı axtarırıq, lakin hazırda həmin şirkətləri almaq arzusunda olan yoxdur. Buna görə də çox güman ki, onların fəaliyyət üçün lisenziyası geri çağırılacaq və şirkətlər ləğv ediləcək".
Diaspora