Neymar millinin kapitanı olmaqdan rəsmən imtina etdi

Neymar millinin kapitanı olmaqdan rəsmən imtina etdi backend

Neymar Braziliya millisinin kapitanı olmaqdan imtina edib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə o, Rio-2016 Yay Olimpiya Oyunlarında Almaniya ilə final görüşündən sonra bildirib:

"Braziliyanın kapitanı olmaq mənim üçün böyük şərəf idi. Amma bundan sonra mən kapitan olmayacam".

Qeyd edək ki, Olimpiadanın startındakı uğursuz çıxışdan sonra yerli mütəxəssislər Neymarı tənqid edib və onu kapitanlığa layiq saymayıblar.

Əlavə edək ki, Braziliya finalda Almaniyanı penaltilər seriyasında 5:4 hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb. Neymar isə Olimpiadada 6 oyunda 4 qol vurub və 4 qolun ötürməsini verib.
Diaspora