Azərbaycan və Türkiyə Türkmənistanı TANAP-a qoşulmağa çağırdılar

Azərbaycan və Türkiyə Türkmənistanı TANAP-a qoşulmağa çağırdılar backend

Türkiyə və Azərbaycan Türkmənistanı Transanadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılmasında iştirak etməyə çağırır.

Trend-in "Haber 46" xəbər portalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Aşqabadda deyib.
Məlumata əsasən, M.Çavuşoğlu bu bəyanatla bu gün Aşqabbadda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşündə çıxış edib.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.
Diaspora