Avropa: “Türkiyə hələ hazır deyil”

Avropa: “Türkiyə hələ hazır deyil” backend

Türkiyə Avropa Birliyinə daxil olmağa hələ hazır deyil. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının rəsmi nümayəndəsi Nataşa Berto söyləyib.

Onun sözlərinə görə, Ankaranın AB-yə qəbulu üçün Alyansın üzvü olan 28 ölkənin hamısının dəstəyi gərəkdir. O, Türkiyənin üzvlüyü ilə bağlı hansısa dəqiq tarix söyləməyin çətin olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Türkiyənin AB-dəki daimi nümayəndəsi Səlim Enel Ankaranın 2023-cü ilə qədər AB-yə üzv olmaq istədiyini bildirib.
Diaspora