Suriyada Əsəd qüvvələrinə hərbi dəstək verən ölkələr sırasına Çin də daxil olmağa qərar verib. Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Çinin hərbi rəsmilərinin Suriyanın paytaxtı Şamda Suriya və Rus hərbi rəsmiləri ilə görüşdüyü açıqlanıb.
Çinli admiral Guan Youfei Suriya müdafiə naziri Fahad Jassim al Freij ilə bir araya gələrək, iş birliyi çərçivəsində iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsindən danışıblar.
Guan Youfei bildirib ki, Çin ordusu Suriya ordusuna yardım və işbirliyi arzusundadır.