Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) avqust ayı ərzində ölkəyə 45 min ton Ai-92 markalı avtomobil benzini idxal edəcək.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Report”a SOCAR-dakı mənbə bildirib.O qeyd edib ki, bu həcmdən 15 min ton Yunanıstan, 10 min ton Rumıniya, 20 min ton isə Rusiyadan idxal olunacaq.
Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) avqustun 1-dən cari təmir işlərinə başlanıb.
Adətən 25-30 təqvim gün davam edən təmir prosesinin bu dəfə modernizasiya işləri ilə bağlı bir qədər uzun çəkə biləcəyi nəzərə alınaraq daxili bazardakı tələbatı ödəmək üçün SOCAR Nazirlər Kabinetinə idxal olunacaq Ai-92 markalı benzinin gömrük rüsumu və aksiz vergisindən azad edilməsinə dair müraciət edib.