Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılır

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılır backend

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbərliyi tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılmasının sürətləndirilməsi qarşıya bir vəzifə kimi qoyulub. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyində geniş torplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinə dair hazırlanmış konsepsiyanın təqdimatı keçirilib və bununla bağlı müzakirələr aparılıb. Nazir Heydər Əsədov kənd təsərrüfatının elektronlaşmasının sürətləndirilməsinə dair qarşıda duran vəzifələrdən danışıb, konsepsiyanın mərhələli həyata keçirilməsinin vacibliyini bildirib. Konsepsiyanı təqdim edən aparatın rəhbəri İlham Bayramov layihənin müfəssəl iş qrafikinin hazırlanması, EHDİS-in yaradılması və ümumiyyətlə, kənd təsərrüfatında elektronlaşmanın təmin edilməsi üzrə üçillik fəaliyyət planını təqdim edib, həmçinin tətbiq ediləcək informasiya sistemləri, zəruri İKT infrastrukturu, habelə torpaq sahələrinin, bitki örtüyünün, kənd təsərrüfatına xidmət edən infrastrukturun coğrafi məlumat bazasının yaradılması, kadr potensialının inkişaf etdirilməsi və bir sıra digər layihələrin həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər haqqında geniş məlumat verib.
Yekunda H.Əsədov bu sahədə qarşıya qoyulan vəzifələrin vaxtında icrasının təmin olunması, eyni zamanda, bölgələrdə yeni yaradılan kənd təsərrüfatı idarələrində müvafiq standartlara uyğun olaraq İKT infrastrukturunun yaradılmasının vacibliyini bildirib, bu sahədə həyat keçirilən fəaliyyətlərin daha da sürətləndirilməsinə dair müvafiq tapşırıq və tövsiyələrini verib.
Diaspora