Rio Olimpiadasında çıxış edən Kanoe Slalom idman növü üzrə Almaniya yığmasının məşqçisi Ştefan Henze ölüb. Axar.az xəbər verir ki, 35 yaşlı Henze ötən həftə taksi ilə Olimpiya şəhərciyinə gedərkən qəzaya düşmüş və başından ağır yara almışdı.
Həkimlərin səylərinə baxmayaraq, məşqçinin həyatını xilas etmək mümkün olmayıb.
Henzenin ölümü ilə əlaqədar olaraq, Riodakı Almaniya Olimpiya yığması mərasim təşkil edəcək.