Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında cüdo üzrə turnirin 100 kq çəki dərəcəsində final görüşündə azərbaycanlı Elmar Qasımov çexiyalı Lukas Krpaleklə qarşılaşıb.
Döyüşü daha yaxşı keçirən Çexiya təmsilçisi ipponla qələbə qazanıb və bununla da, Elmar Qasımov ölkəmizə Rio Olimpiadasının ikinci gümüş medalını qazandırıb.