Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusa səfər edəcək. Axar.az BELTA agentliyinə istinadən xəbər verir ki, artıq bununla bağlı Türkiyə prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Cəmil Ərdəm Minskdədir.
Ərdəm Minskdə özünün belaruslu həmkarı Vsevolo Yançevski ilə müzakirələr aparıb. Hələlik səfərin dəqiq vaxtı açıqlanmır.