İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.Sənəddə qeyd olunur ki, İqtisadiyyat Nazirliyinə qanunla müəyyən edilmiş tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görmək səlahiyyəti verilib.