Azərbaycanda nə qədər vərəm xəstəsi var? - RƏSMİ RƏQƏM

Azərbaycanda nə qədər vərəm xəstəsi var? - RƏSMİ RƏQƏM backend

"Hazırda respublikada vərəm xəstəliyinə görə qeydiyyatda olan şəxslərin sayı 8 min nəfərdir. Təxminən 4 mindən çoxu isə yeni qeydiyyata alınmış xəstələrdir”. Lent.az-ın məlumatına görə, bunu Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova jurnalistlərə açıqlamasında deyib.


I.Axundovanın sözlərinə görə, ağciyər xəstəlikləri üzrə Azərbaycanda vəziyyət orta səviyyədədir: “Ağciyər xəstəlikləri, xüsusilə vərəm ekonomik vəziyyətə bağlıdır. Bu xəstəlik əhali arasında getdikcə azalır. Vərəmlə xəstələnmə, xəstəlik və ölüm statistikasında azalma var. Xəstələnmə 100 min əhalidə 2011-ci ildə 55 nəfər idisə hazırda bu rəqəm 40-a yaxındır. Vərəmə yoluxma üçün ən aktiv inkişaf 20 -40 yaş dövrüdür ki, insanlar bu yaş dövründə bu xəstəliyə yoluxurlar”.

Direktor müavini vərəm xəstəliyinin hansı regionlar üzrə daha çox müşahidə olduğunu da açıqlayıb: “Şimal və cənub rayonlarında vərəm xəstəliyi Bakı və mərkəz rayonlara nisbətən çoxdur".

İ. Axundova bildirib ki, vərəm uşaqlar arasında da müşahidə edilir: “ 2011-ci ildə 100 min nəfərə 20 xəstə düşürdüsə, 2015-ci ildə bu rəqəm 14,3 faiz olub”.
Diaspora