Bakı şəhəri Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə Trend-ə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlərin Binəqədi rayonu Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür.