Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycanın elektrik şəbəkələrində aparılan islahatların 10 illiyi ilə əlaqədar, elektroenergetika sahəsində səmərəli fəaliyyətinə görə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abbasov Etibar Bilal oğlu
Abdullayev Oruc Abdulla oğlu
Allahverdiyev Fikrət Nəsir oğlu
Beydullayev Əhməd Ələkbər oğlu
Cəfərova Sevinc Ramiz qızı
Qurbanov Ramiz Balakoviç
Mehdiyev Mirzə Əli oğlu
Nuriyev Umaxan Əhmədağa oğlu
Razakova Zemfira Sergeyevna
Sərdarov Oktay Məhəmmədəli oğlu.
Həmçinin, prezidentin digər bir sərəncamı ilə Azərbaycanda elektroenergetikanın inkişafında xidmətlərinə görə Fuad Ağakərim oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.