Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Qaziler.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 8-dəolduğu kimi 1,6005 manat səviyyəsində qalıb.Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,2% zəifləyərək 1,7738 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 1,23% bahalaşaraq 0,0247 manat səviyyəsinə yüksəlib.
Türkiyə lirəsinin məzənnəsi 0,19% möhkəmlənərək 0,5366 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0805 manatdır. Beləliklə, funt sterlinq 0,66%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,53% artaraq 0,6811 manat təşkil edib.