Mitinqdən sonra həbslər - Yerevan

Mitinqdən sonra həbslər - Yerevan backend

Ermənistan paytaxtında iyulun 17-də polis keşikçi-patrul alayını ələ keçirib iki həftədən sonra hakimiyyətə təslim olmuş silahlı dəstənin müdafiəsinə cümə axşamı gecəsi mitinq və dinc yürüş iştirakçıları polis hücumuna məruz qalıb. Ermənistan paytaxtında iyulun 17-də polis keşikçi-patrul alayını ələ keçirib iki həftədən sonra hakimiyyətə təslim olmuş silahlı dəstənin müdafiəsinə cümə axşamı gecəsi mitinq və dinc yürüş iştirakçıları polis hücumuna məruz qalıb. “Qırmızı beretli” adlandırılan xüsusi təyinatlı polis qüvvələri yürüş başa çatdıqdan sonra Azadlıq meydanına qayıtmış gəncləri həbs etməyə başlayıb, “Müəssislər Məclisi” radikal müxalif hərəkatı sosial şəbəkələr vasitəsilə məlumat yayıb. Bu barədə QAZİLER.AZ EURASİADİARY.AZ saytına istinadla bildirir.

“Qırmızı beretli” adlandırılan xüsusi təyinatlı polis qüvvələri yürüş başa çatdıqdan sonra Azadlıq meydanına qayıtmış gəncləri həbs etməyə başlayıb, “Müəssislər Məclisi” radikal müxalif hərəkatı sosial şəbəkələr vasitəsilə məlumat yayıb.

20-dən çox gəncin tutulub polis şöbələrinə aparılıdığı bildirilir.

Mitinq zamanı Azadlıq meydanında olan BBC Azərbaycancanın müxbiri aksiyanın rahat keçdiyi, ətrafda tək-tük polis əməkdaşı gözə dəydiyi və aksiyanın keçirilməsinə mane olmadıqlarını deyir.

Axşam saat 21-də başlayan təxminən 1,5-2 min mitinq iştirakçılarının bir hissəsi mitinqdən sonra Yerevanın mərkəzi küçələri ilə yürüş keçirmək qərarına gəlib.

Yürüş iştirakçıları həmişəki şüarlarını – “Azad müstəqil Ermənistan”, “Serjik, istefa”, “Torpaq təhvil verəni torpağa təhvil verərik” - və polis alayını ələ keçirmiş “Sasna tsrer” silahlı dəstə üzvlərinin adlarını səsləyə-sələyə, bir neçə dəfə küçənin ortasında oturub 4-5 dəqiqə küçədə hərəkəti dayandıraraq, Azadlıq meydanına qayıdıb.

Azsaylı polis qüvvələri yürüşün keçirilməsinə də maneə olmayıb və yalnız yürüş iştirakçılarının bir hissəsi Azadlıq meydanını tərk etdikdən sonra “qırmızı beretli” polislər qəfildən meydana daxil olub, gəncləri tutmağa başlayıblar.

Səhər məlum oldu ki, gecə daha bir müxalifətçi fəal, Harutyun Ağlamazyan, “naməlum şəxslər tərəfindən döyülüb”.

“Müəssislər Məclisi” hərəkatı bəyan edir ki, axşam iş yerindən “şahid qismində” ifadə vermək məqsədilə hərəkatın üzvü Harutyun Ağlamazyan Xüsusi İstintaq Xidmətinə dəvət olunub.

Bir neçə saat saxlandıqdan sonra evə qayıdan gənci üç nəfər mülki geyimli naməlum şəxs onun adını soruşub və döyməyə başlayıblar, Ağlamazyanın atası deyib.

Harutyun Ağlamazyan, silahlı dəstənin müdafiəsinə aksiya təşkilatçıları Armen Martirosyan, David Sanasaryan və Andreas Gukasyan həbs olunduqdan sonra, bu vəzifəni öz üzərinə götürmüşdü.

Armen Martirosyan, David Sanasaryan və Andreas Ğukasyan “kütləvi iğtişaşlar təşkil etmək” ittihamı ilə 2 ay müddətinə həbs olunub.
Diaspora