Ukraynadan gətirilən toyuq budları qida üçün yararlıdır - RƏSMİ

Ukraynadan gətirilən toyuq budları qida üçün yararlıdır - RƏSMİ backend

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bəzi KİV-lərdə Ukraynadan gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarına normadan artıq suyun vurulması və keyfiyyəti barədə yayılmış məlumatlara münasibət bildirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Lent.az-a daxil olan məlumatda respublikaya idxal edilən bütün heyvandarlıq və quşçuluq məhsullarına ciddi nəzarət olunduğu qeyd olunur. Dövlət Xidmətinin Respublika Baytarlıq Laboratoriyasında gətirilən hər bir məhsul ”Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”inə uyğun olaraq müvafiq laboratoriya müayinələrindən keçirildikdən, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlı olması müəyyən edildikdən sonra satışına icazə verilir. O cümlədən Ukrayna Respublikasından gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cıı il tarixli 25 saylı əmrinə əsasən ”Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə uyğun olaraq müayinələr aparılmışdır. Həmin tələblərdə quş ətinin mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə müayinə edilməsi nəzərdə tutulub. Göründüyü kimi, “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ində toyuq ətində və budunda nəmliyin kütlə payının yoxlanılması Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən aparılması nəzərdə tutulmayıb.

Respublika Baytarlıq Laboratoriyasında mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə aparılan müayinələrin nəticəsinə əsasən Ukrayna Respublikasından gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarının parametrlər normativlərə uyğun olduğu, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlığı müəyyən edilib. Eləcə də müayinələr zamanı məhsullarda qida üçün təhlükəli olan qarışıqlar aşkar edilməyib. Aparılan müayinələrin nəticələri nəzərə alınaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həmin məhsulların istifadəsinə icazə verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının idxal-ixracına və istifadəsinə ciddi nəzarət olunur.
Diaspora