Türkiyədə İŞİD-çilərə qarşı növbəti əməliyyat keçirilib.
Lent.az-ın “milliyyet.com.tr”-yə istinadən məlumatına görə, Adana polisinin apardığı əməliyyat axtarış tədbirləri nəticəsində İŞİD-in üzvü olan 20 şübhəli şəxs saxlanılıb. Onlardan kompüterlər, elektron məlumat daşıyıcıları və İŞİD-lə bağlı digər materiallar götürülüb.