Azərbaycandan Gürcüstana ixrac edilən qazın həcmi azalıb. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstan Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabata görə, 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 67,4 milyon dollar dəyərində olan 319,85 min kub metr təbii qaz ixrac edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,2 faiz azalıb.Həmçinin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 100,7 milyon dollarlıq məhsul ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz daha azdır.
Gürcüstanın bu növ yanacaq idxalında Azərbaycan qazının xüsusi çəkisi 66,2 faizdir. Azərbaycan Gürcüstana bu yanacaq növünün əsas təchizatçısı sayılır.