Çərşənbə günü Uruqvayda elektrik enerjisinin geniş miqyasda kəsilməsi hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə yerli UTE elektrik şirkəti məlumat yayıb. Şirkətin məlumatına görə, təqribən 1,2 milyon abunəçi elektrik enerjisindən məhrum olub.
"Biz hesab edirik ki, müştərilərin 85%-i zərər çəkib, lakin hazırda onlardan yalnız bir qisminə elektrik enerjisi verilişi bərpa olunmayıb", — deyəUTE-nin mətbuat katibi Alisiya Dutra bildirib.
İşığı kəsilməyən yeganə yer Argentina ilə sərhəddə yerləşən ərazi olub.
Elektrik enerjisinin kəsilməsinə "Salto-Qrande" SES-dən gələn yüksəkgərginlikli elektrik ötürücü xəttdə yaranan nasazlıq səbəb olub.