Ukrayna Azərbaycan və Qazaxıstan neftinin nəqlinə maraqlıdır

Ukrayna Azərbaycan və Qazaxıstan neftinin nəqlinə maraqlıdır backend

Ukrayna bu ilin sonuna Azərbaycan və Qazaxıstandan 2 mln. tona qədər xam neftin Avropaya nəqli üçün saziş imzalamağı planlaşdırır. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə dövlət neft daşıma operatoru olan "UkrTransNafta" ASC məlumat yayıb.


"UkrTransNafta" hökumətə məktubunda Azərbaycan və Qazaxıstan neftinin Odessa-Brodı kəməri ilə daşınması üçün bəzi ön məhdudiyyətlərin asanlaşdırılmasını istəyib.

Qeyd edək ki, hazırda bu kəmərə daha çox Rusiyanın "Urals" nefti doldurulur.

"UkrTransNafta" boru kəmərləri ilə neftin Ukraynanın emal müəssisələrinə daşıyan və Mərkəzi və Şərqi Avropa ölkələrinə tranzitini həyata keçirən yeganə milli operatordur.
Diaspora