Daha bir ölkə özünü defolt elan etdi

Daha bir ölkə özünü defolt elan etdi backend

Konqo Respublikası 478 milyon dollarlıq borcunu ödəyə bilmədiyinə görə özünü defolt elan edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Standart Puə” beynəlxalq reytinq agentliyi yayıb. Agentlik ölkənin məhz nəyə görə defolt olduğunu açıqlamayıb.


Qeyd edək ki, bundan öncə Beynəlxalq Valyuta Fondu Konqo iqtisadiyyatının neft qiymətləri ucbatından ciddi zərər gördüyünü açıqlayıb. Bu ölkənin büdcəsinin 70%-ni neft gəlirləri təşkil edir.
Diaspora