Saakaşvilinin partiyasını hakimiyyətə buraxmamaq üçün bütün resurslardan istifadə edəcəm. Axar.az xəbər verir ki, bunu əhaliyə müraciətində keçmiş baş nazir Bidzina İvanişvili söyləyib. O özünü Saakaşvilinin komandasını qıcıqlandıran ən böyük səbəb adlandırıb:
“Onların ölkəni öz sadist eksprementləri üçün laboratoriyaya çevirməsinə izn verməyəcəm. Mən bu parlament seçkisində hakimiyyətə gəlmək üçün mübarizə aparmıram. Gürcüstanda heç bir iqtisadi marağım yoxdur”.
Qeyd edək ki, Saakaşvili dəfələrlə İvanişvilini Rusiyaya xidmət etməkdə günahlandırıb.